Avropa Komissiyası “Ukraine Facility” mexanizmi çərçivəsində Ukraynaya 2,9 milyard avro məbləğində növbəti tranşı ayırıb.
Editor.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Məlumata görə, vəsaitin bir hissəsi 90 milyard avro həcmində dəstək krediti hesabına təmin edilib.
Qeyd edək ki, bu, Ukraynanın bərpasının, islahatlarının və AB-yə üzvlük yolunda irəliləyişinin dəstəklənməsi üçün Birliyin əsas mexanizmi olan “Ukraine Facility” çərçivəsində artıq səkkizinci tranşdır.

