Türkiyənin Bursa şəhərində Osmangazi rayonunda yerləşən və qarşısında yaranan uzun növbələrlə tanınan məşhur bir “pide” restoranı Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin yoxlamaları zamanı siyahıya düşüb. Müəssisənin çiy “cantık” içliyində təkdırnaqlı heyvan əti aşkar edilib.
Editor.az-ın xəbərinə görə, 30 sentyabr 2026-cı il tarixində ictimaiyyətə açıqlanan “Sağlamlığı təhlükə altına alan qidalar” siyahısına daxil edilmiş müəssisənin, “Çiy Cantık içi” məhsulunda qaydalara uyğun olmayan ətdən istifadə etdiyi təsdiqlənib.
Nazirlik müfəttişləri tərəfindən həmin müəssisədən götürülmüş nümunələrin ətraflı laboratoriya təhlilləri istehlakçıların sağlamlığının təhlükə altında olduğunu üzə çıxarıb.
Mal əti olduğu bəyan edilən qarışıqda qida təhlükəsizliyi standartlarına uyğun gəlməyən təkdırnaqlı heyvan (eşşək əti) aşkar edilib.
//Dəniz Pənahova, Editor.az

