Bağçada “pullu qrup” iddiası böyüyür: Bu şəxsləri hansı cəza gözləyir?backend

Bağçada “pullu qrup” iddiası böyüyür: Bu şəxsləri hansı CƏZA GÖZLƏYİR? 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 98 saylı dövlət bağçasında uşağın elektron sistem vasitəsilə bağçaya qəbulundan sonra valideyndən əlavə ödəniş tələb edildiyi iddia olunur. Valideynə uşağın yerləşdirildiyi qrupun ödənişli olduğu bildirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Bu hal dövlət bağçalarında ödənişli qruplar və əlavə xidmətlərlə bağlı suallar yaradıb.

Dövlət bağçalarında bu cür ödənişli xidmətlərin, kursların və əlavə məşğələlərin göstərilməsi ümumiyyətlə qanunidirmi? Valideyndən bu xidmətlərə görə əlavə ödəniş tələb oluna bilərmi?

Editor.az-a danışan təhsil eksperti Əmrah Həsənli deyib ki, bu iddialara münasibəti birmənalıdır:

“Dövlət məktəbəqədər təhsil müəssisələri dövlət büdcəsi hesabına maliyyələşir. Burada təlim, tərbiyə, uşaqlara qulluq və qidalanma xidmətləri dövlət tərəfindən tam ödənişsiz təmin olunur. Dövlət bağçalarında hər hansı ödənişli qrup, əlavə ödəniş, könüllülük adı altında pullu xidmət anlayışı ümumiyyətlə yolverilməzdir.

Elektron xidmət vasitəsilə bağçaya qəbul olunan hər bir uşağın bu ödənişsiz dövlət zəmanətindən yararlanması onun fərdi və toxunulmaz hüququdur. Valideyni fakt qarşısında qoyaraq uşağın yerləşdirildiyi qrupun ödənişli olduğunu bildirmək, hansısa yolla pul tələb etmək qanunsuzdur.

Əgər irəli sürülən iddialar hüquqi müstəvidə öz təsdiqini tapmırsa, bu, sadəcə söz toplusu, şayiədir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin apardığı araşdırmanın nəticəsi, faktlar və tərəflərin izahları ortaya çıxmadan qəti hökm vermək doğru deyil. Əgər iddia həqiqətini əks etdirərsə, bu, birbaşa qanun pozuntusudur. Adekvat tədbirlər görülə bilər. Cəzasız qalmayacaq”.

//Gülnarə Abasova, Editor.az