İranda güclü yanğın: 3 avtobus, 6 maşın kül oldubackend

İranda güclü yanğın: 3 avtobus, 6 maşın KÜL OLDU 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində yanacaq anbarında güclü yanğın meydana gəlib.

Editor.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı üç avtobus və altı minik avtomobili yanıb.

Yanğının səbəbi, dəymiş maddi ziyanın həcmi və insan tələfatı barədə hələlik dəqiq məlumat yoxdur.