ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Devid Qraş Co Roqanın verilişində okean dibində şəhər böyüklüyündə yadplanetli bazasının mövcud olduğunu iddia edib.
Editor.az-ın xəbərinə görə, o, həmin bazaya uçan aparatların daxil olub-çıxdığını bildirib.
Müəyyən nəqliyyat vasitələrinin obyektə daxil olub-çıxdığını iddia edən Qruş, obyektin ölçüsünün bir neçə şəhər kvartalına bərabər olduğunu bildirib.
Qruş deyib ki, sözügedən məlumatlar məxfi proqramlarla bağlı sənəd və videolardan, həmçinin hökumət və hərbi strukturlarda xidmət edən şəxslərin ifadələrindən əldə edilib.
//Dəniz Pənahova, Editor.az

