Çindən gələn bir imza qlobal qiymətləri yüksəltdibackend

Çindən gələn bir imza qlobal qiymətləri YÜKSƏLTDİ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal təchizatla bağlı narahatlıqlar neft bazarında qiymətləri artırıb.

Editor.az-ın xəbərinə görə, Çinin yanacaq ixracını məhdudlaşdırmaq qərarı və ABŞ-ın Avropaya dizel tədarükü ilə bağlı çağırışı qlobal yanacaq təchizatı ilə əlaqədar narahatlıqları gücləndirib.

Belə ki, “Brent” markalı xam neftin bir barelinin qiyməti 0,28 faiz artaraq 102,60 dollara çatıb. ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı xam neftinin bir barelinin qiyməti də 0,29 faiz artaraq 93,14 dollara yüksəlib.

Eyni zamanda Çin dizel yanacağı, benzin və reaktiv yanacaq tədarükünü aylıq əsasda tənzimləməyə davam edir. Ölkə, oktyabr ayı ərzində Honkonq və Makao istisna olmaqla digər bölgələrə ixracat aparmaq üçün iri neft emalı zavodlarına hələ icazə vermədən bir həftəlik tətil dövrünə qədəm qoyub. Oktyabrın 7-də başa çatacaq tətildən sonra Pekinin zavodlara yanacaq ixracı ilə bağlı icazə verib-verməyəcəyi hələlik məlum deyil.

//Dəniz Pənahova, Editor.az