İranın cənub-qərbində tikilməkdə olan “Darxoveyn” Atom Elektrik Stansiyası (AES) iyulun 19-na keçən gecə ABŞ Silahlı Qüvvələrinin zərbələrinə məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.
Bildirilir ki, ABŞ bazar günü yerli vaxtla saat 03:39-da (Bakı vaxtı ilə 04:09 – red.) tikilməkdə olan “Darxoveyn” Atom Elektrik Stansiyasının ərazisinə bir neçə mərmi ilə zərbə endirib.
İran tərəfi hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
Xatırladaq ki, ABŞ-İran münaqişəsində növbəti eskalasiya iyulun 8-də başlayıb.

