Lukoyl-un nəhəng yanacaq bazası vuruldu; Regionda fövqəladə vəziyyət elan olundubackend

Lukoyl-un nəhəng yanacaq bazası vuruldu; Regionda fövqəladə vəziyyət elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya ərazisinə dron hücumlarını davam etdirir.

ötən gecə hədəflər arasında Stavropol diyarınıdakı neft bazası da olub.

Vilayət qubernatoru Vladimir Vladimirov dron hücumundan sonra Vyazniki kəndinin sənaye zonasında iki yanğın baş verdiyini qeyd edib “Stavropol yaxınlığında düşmən dronlarının hücumu dəf edilir. Şpakovski rayonunun Vyazniki kəndinin sənaye zonasında iki yanğın baş verib. Əməliyyat məlumatlarına görə, ölən və ya yaralanan yoxdur”.

Vladimirov əlavə edib ki, hadisə ilə əlaqədar yerli səviyyədə fövqəladə vəziyyət elan edilib.
Bu, Stavropol diyarının Mixaylovsk şəhərindəki neft anbarına iki həftə ərzində üçüncü hücumdur. Hücum hədəfi olan LUKOIL-Yugnefteprodukt neft anbarı Rusiyanın cənubundakı ən böyük yanacaq müəssisələrindən biridir.

Musavat.com