Rusiyanın Tambov vilayətinə PUA hücumu: 7 ölü, 25 yaralı – VİDEObackend

Rusiyanın Tambov vilayətinə PUA hücumu: 7 ölü, 25 yaralı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərində “Wildberries” logistika mərkəzinə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə edilən hücum yeddi işçinin həyatına son qoyub.

Oxu.Az xəbər verir ki, bu barədə regionun qubernatoru Yevgeni Perveşov bildirib.

“Düşmən PUA-larının “Wildberries”in logistika bazasına zərbə endirməsi səbəbindən gecə növbəsində çalışan 7 işçi vəfat edib. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara lazımi köməkliyin göstəriləcəyini bildirirəm”, – deyə Yevgeni Perveşov bildirb.

İlkin məlumatlara görə, hadisə zamanı 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda həmin şəxslərə Tambov və Kotovsk şəhərlərindəki xəstəxanalarda lazımi tibbi xidmətlər göstərilir.

“Hadisə yerinə operativ şəkildə təcili yardım maşınları, yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. “Wildberries” anbarının ərazisində açıq yanğının qarşısı alınıb, yanğının söndürülməsi işləri davam edir”, – deyə qubernator dəqiqləşdirib.