ABŞ-nin İrana qarşı səkkiz gün davam edən hücumları: Tehrandan kritik açıqlama gəldibackend

ABŞ-nin İrana qarşı səkkiz gün davam edən hücumları: Tehrandan kritik açıqlama gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində 50-dən çox insan həyatını itirib, 517 nəfər isə yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə İran İslam Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, bu rəqəmlər iyulun 19-u səhər saatlarına olan göstəricilərdir. Yaralananlar arasında 35 qadın və 19 nəfər 18 yaşadək yeniyetmə var. Beş qadın və iki azyaşlı isə aldıqları ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.

İran tərəfi ABŞ hücumlarını davam etdirəcəyi təqdirdə cavab tədbirlərinə başlayacağını və “tam məhvetmə mərhələsi”nə keçəcəyini bəyan edib.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi bildirib ki, qarşı tərəfə endirilən zərbələr ölkənin cənub sahillərində və Hörmüz boğazında vəziyyət sabitləşənədək davam etdiriləcək.

ABŞ artıq səkkiz gecədir İrandakı hədəflərə zərbələr endirməkdə davam edir. “Axios” nəşrinin məlumatına görə, Vaşinqton eskalasiyaya hazırlaşır: ABŞ prezidenti genişmiqyaslı hərbi əməliyyat variantlarını nəzərdən keçirir, İsraildə isə onlarla Amerika yanacaqdaşıyan təyyarəsinin yerləşdiriləcəyi gözlənilir.