Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.
Editor.az xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, Gəncə uzun illər onun üçün gizli bir sirr olaraq qalıb: bəzi yaşlı sakinlərin şəhərdəki məktəblərdən birini niyə “İspan məktəbi” adlandırması və Gəncədə ispan pilotların məzarlarının olması sual doğurub.

