İran Küveytin ən kritik neft infrastrukturunu hədəf alan dağıdıcı zərbələr endirib.
Küveytin dövlət neft şirkəti “Kuwait Petroleum Corp” ölkənin neft-qaz sənayesi obyektlərinin İran tərəfindən ardıcıl hücumlara məruz qaldığını rəsmən bəyan edib. Şirkətin yaydığı təcili məlumatda qeyd olunur ki, qəfil və intensiv şəkildə həyata keçirilən bu hücumlar nəticəsində neft infrastrukturuna çox ciddi maddi ziyan dəyib.
Hücum zamanı strateji obyektlərdə çalışan əməkdaşlar arasında yaralananların olduğu bildirilir.
Hadisə Yaxın Şərqdə gərginliyi pik həddə çatdırıb və qlobal enerji bazarlarında ciddi narahatlığa səbəb olub.
Musavat.com

