ABŞ-nin raket qoşunları bazası alovlar içində, İran zərbəsindən sonra – Videobackend

ABŞ-nin raket qoşunları bazası alovlar içində, İran zərbəsindən sonra – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran qarşıdurması yeni mərhələyə keçib.

Musavat.com xəbər verir ki, İran bu dəfə Küveytdə yerləşən ABŞ hərbi qüvvələrini hədəfə aldığını açıqlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə qabaqlayıcı zərbə endirdiyini bəyan edib. SEPAH-ın açıqlamasına görə, ABŞ qüvvələrinin mövqelərinə dörd ədəd “Fateh-110” raketi buraxılıb.

İran tərəfi bildirir ki, zərbələrin əsas hədəfi İran ərazisinə hücuma hazırlaşdığı iddia edilən beş HIMARS raket buraxılış qurğusu olub.

SEPAH həmçinin bəyan edib ki, pilotsuz uçuş aparatları vasitəsilə Küveytdə yerləşən yeni ABŞ hərbi bazasının rabitə sistemləri və bazaya aparan yollar sıradan çıxarılıb.

İran mənbələrinin məlumatına görə, raket zərbələrindən biri ABŞ ordusunun raket qoşunlarının yerləşdiyi mövqeyə dəyib. Hadisə yerində güclü yanğın baş verdiyi, partlayışların bir müddət davam etdiyi bildirilir.

İlkin məlumatlara görə, hücum nəticəsində 6 amerikalı hərbçi həlak olub.