ABŞ və İran sülh elan etməyə HAZIRLAŞIR: Razılaşmanın DETALLARIbackend

ABŞ və İran sülh elan etməyə HAZIRLAŞIR: Razılaşmanın DETALLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran yaxın saatlarda münaqişənin tənzimlənməsi ilə bağlı saziş imzaladıqlarını elan edə bilərlər. 

Musavat.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşma quru, hava və dənizdə tam atəşkəsin elan edilməsini nəzərdə tutur.

Sənəddə həmçinin infrastruktur obyektlərinə hücumlardan imtina, hərbi və informasiya əməliyyatlarının dayandırılması da əksini tapıb.

Tərəflər bir-birinin suverenliyinə hörmət etməyi və daxili işlərə qarışmamağı da öhdələrinə götürürlər.

Razılaşmanın ayrıca bəndində Fars və Oman körfəzləri, eləcə də Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunması məsələsi yer alıb.

Məlumata görə, şərtlərin yerinə yetirilməsi qarşılığında ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları mərhələli şəkildə ləğv etməyə hazırdır.

Saziş hər iki tərəfin rəsmi təsdiqindən sonra qüvvəyə minəcək.