TƏCİLİ! ABŞ kəşfiyyatı şok məlumat yaydı: 100 SEPAH zabiti…backend

TƏCİLİ! ABŞ kəşfiyyatı şok məlumat yaydı: 100 SEPAH zabiti…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, son aylarda Livana İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 100 zabiti gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Telekanalın mənbələri iddia edir ki, SEPAH mütəxəssisləri hazırda “Hizbullah” döyüşçülərinin yenidən silahlandırılması və onlara təlim keçirilməsi ilə məşğuldurlar.

Eyni mənbələrin məlumatına görə, Livana qaçan Əsəd rejiminin keçmiş üzvləri də maliyyə vəsaitlərinin qaçaqmalçılığı üçün Suriyadakı şəbəkələrindən istifadə edirlər.