SON DƏQİQƏ: Məşhur aktrisanın qızı SAXLANILDI – FOTObackend

SON DƏQİQƏ: Məşhur aktrisanın qızı SAXLANILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə məşhurların adının hallandığı narkotik əməliyyatı ilə bağlı istintaq genişlənir. Əməliyyat çərçivəsində “Yeşilçam”ın əfsanəvi siması Türkan Şorayın qızı, aktrisa Yağmur Ünal, məşhur aşpaz Eren Kesimer və aktrisa Semiha Bezek də daxil olmaqla daha üç nəfər saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə ilə bağlı məlumat Türkiyə mediasında yayılıb.

Bildirilir ki, Bakırköy Respublika Baş Prokurorluğunun koordinasiyası ilə narkotik və psixotrop maddələrin istifadəsi ilə bağlı aparılan araşdırmalar davam etdirilir.

İstintaq çərçivəsində keçirilən son əməliyyat zamanı bir neçə tanınmış simanın adı dosyedə yer alıb. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin ifadələrinin alındığı və araşdırmanın daha da genişləndiriləcəyi qeyd olunur.

Məlumatın yayılmasından sonra sosial şəbəkələrdə məsələ geniş rezonans doğurub. Xüsusilə Yağmur Ünalın adının istintaqda hallanması Türkiyə maqazin gündəminin əsas mövzularından birinə çevrilib.