Silahlı olduğu güman edilən şəxs Qazaxıstanın paytaxtında bank filialının birində bir neçə nəfəri girov saxlayır.
Bu barədə polisin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə Dostıq küçəsində yerləşən “Caspian Bank”ın binasında yaşanır. Bildirilir ki, həmin şəxs silahlıdır.
Polis əməkdaşları hadisə yerindədir və cinayətkarla danışıqlar aparılır.
Bununla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt sakinlərindən sakit olmağı və səlahiyyətli orqanlara mane olmamağı xahiş ediblər.
Polis bank filialının ətrafını mühasirəyə alıb, müvafiq videolar sosial şəbəkələrdə yayılıb. Bank filialının yerləşdiyi binanın sakinləri küçəyə çıxarılır.
Sosial şəbəkələrdə yayılan məlumata görə, kişinin 30 yaşı var, onun yeddi xanımı və bir mühafizəçisi girov götürüldüyü iddia edilir. Polis hələlik bu məlumatı təsdiqləməyib.
Deyilənlərə görə, silahlı şəxs bankın bütün əmlakının 3 saat ərzində əlil uşaqlara, yoxsullara və imkansızlara verilməsini tələb edir.
Mənbə: TASS

