Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu barəsində “prezidenti təhqir etmək” maddəsi ilə açılan istintaq çərçivəsində ifadə vermək üçün Ankara Ədliyyəsinə gəlib.
Editor.az xəbər verir ki, Ankara Baş Prokurorluğu sentyabrın 3-də Davudoğluna qarşı Türkiyə Cinayət Məcəlləsinin 299/1 maddəsi ilə istintaq başlandığını açıqlayıb.
Qeyd edək ki, Davudoğlu ilə yanaşı DEVA Partiyasının sədri Əli Babacan da iştirak edib.
//Dəniz Pənahova, Editor.az

