İrana 12 MİLYARD DOLLAR təklif etdi – ABŞ qarşı çıxdıbackend

İrana 12 MİLYARD DOLLAR təklif etdi – ABŞ qarşı çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər İranın dondurulmuş aktivləri ətrafındakı mübahisələrin nizamlanması üzrə danışıqlar çərçivəsində Tehrana 12 milyard dollar dəyərində maliyyə dəstəyi paketi təklif edib.

Bu barədə İranın “Mehr” informasiya agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, təklifə Qətərdə saxlanılan 6 milyard dollarlıq İran vəsaitlərinin sərbəst buraxılması, eləcə də əlavə 6 milyard dollarlıq kredit xətti daxildir.

Bildirilir ki, Tehran ilkin olaraq dondurulmuş aktivlərinin yarısını danışıqların ilkin mərhələsində, qalan hissəsini isə yekun razılaşmadan sonra almaq istəsə də, ABŞ bu varianta qarşı çıxıb.

Buna cavab olaraq Qətər alternativ bir plan təklif edib.

Yeni şərtlərə əsasən, ayrılan 6 milyard dollar yalnız humanitar məqsədlər üçün istifadə olunacaq, əlavə 6 milyard dollar isə Qətər tərəfindən idarə olunan kredit və ya kredit xətti kimi veriləcək və İran tərəfi bu vəsaitlərdən necə istifadə edəcəyinə qərar verəcək.

Musavat.com