“İran və ABŞ arasında münaqişənin tənzimlənməsini nəzərdə tutan memorandum iyunun 14-də imzalanmayacaq”.
Oxu.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai məlumat verib.
“Memorandumun imzalanmasının dəqiq vaxtı ilə bağlı məlumatı gözləmək lazımdır. Bu hadisə sabah baş tutmasa da, yaxın günlərdə reallaşması ehtimalı istisna olunmur”, – deyə o bildirib.



