Həkim gündəlik zülal normasını açıqladı: Böyüklər hər kiloqram çəkiyə görə 1–1,5 qram zülal qəbul etməlidirbackend

Həkim gündəlik zülal normasını açıqladı: Böyüklər hər kiloqram çəkiyə görə 1–1,5 qram zülal qəbul etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terapevt və dietoloq Yelena Ustinova gündəlik zülal qəbulunun sağlam qidalanmanın ən vacib elementlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, zülal orqanizm üçün əvəzolunmaz qida komponentidir və onun çatışmazlığı sağlamlıq problemlərinə səbəb ola bilər.  

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Mütəxəssis qeyd edib ki, orqanizmdə zülal səviyyəsini qan analizində ümumi zülal göstəricisi vasitəsilə qiymətləndirmək mümkündür. Təxminən 75 qram/litr optimal hesab olunur, 70 qram/litrdən aşağı nəticələr isə zülal çatışmazlığından xəbər verə bilər.  

Həkimin sözlərinə görə, sağlam yetkin insanlar gündə hər kiloqram bədən çəkisinə 1–1,5 qram zülal qəbul etməlidirlər. Əgər zülal çatışmazlığı müşahidə olunursa, bu göstərici 1,5–2 qramadək artırıla bilər. Bununla yanaşı, qəbul edilən zülalın yaxşı mənimsənilməsi də böyük əhəmiyyət daşıyır.  

Yelena Ustinova bildirib ki, zülalın əsas mənbələri ət, quş əti, balıq, dəniz məhsulları, yumurta, kəsmik, pendir və digər süd məhsullarıdır. Orta hesabla bu məhsulların 100 qramında 15–25 qram zülal olur. Məsələn, 80 kiloqram çəkisi olan bir kişinin minimum gündəlik zülal ehtiyacı təxminən 80 qram, optimal norması isə 100–120 qram təşkil edir.  

Dietoloq vurğulayıb ki, yüksək zülallı qidalanma ilə bağlı narahatlıqlar əksər hallarda şişirdilir. Onun sözlərinə görə, ciddi böyrək və ya qaraciyər xəstəlikləri olan şəxslər istisna olmaqla, insanların çoxunda əsas problem zülalın həddindən artıq deyil, əksinə, kifayət qədər qəbul edilməməsidir.  

//Gülnarə Abasova, Editor.az