Avropa ölkələrindən İrana dəstək: Sanksiyaların ləğvinə hazır olduqlarını açıqladılarbackend

Avropa ölkələrindən İrana dəstək: Sanksiyaların ləğvinə hazır olduqlarını açıqladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra İtaliya, Fransa, Almaniya və Böyük Britaniya birgə bəyanat yayaraq Tehranın nüvə proqramı ilə bağlı konkret addımlar atacağı təqdirdə müvafiq sanksiyaların ləğvinə hazır olduqlarını bildiriblər.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Vaşinqton və Tehran administrasiyalarının razılığa gəldiyini açıqlamasından sonra Avropanın aparıcı dövlətləri də prosesə dəstəklərini ifadə ediblər. Dörd ölkənin birgə bəyanatında ABŞ və İran arasında əldə olunan anlaşma müsbət qiymətləndirilib və diplomatik səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bəyanatda qeyd olunub ki, İranın heç vaxt nüvə silahına sahib olmaması prinsipial mövqedir və bu məqsədə nail olmaq üçün ABŞ, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa hazır olduqları bildirilib.

Sənəddə həmçinin vurğulanıb ki, Tehranın nüvə proqramı ilə bağlı atacağı aydın, konkret və etibarlı addımlara cavab olaraq İtaliya, Fransa, Almaniya və Böyük Britaniya tətbiq olunan müvafiq sanksiyaların aradan qaldırılmasına hazırdır.

Avropa ölkələri hesab edir ki, qarşılıqlı etimadın gücləndirilməsi və öhdəliklərin yerinə yetirilməsi regionda sabitliyin və beynəlxalq təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verə bilər.

//Gülnarə Abasova, Editor.az