“Son zəng” tədbirində ilk: “1 məzun – 1 kitab” təşəbbüsübackend

“Son zəng” tədbirində ilk: “1 məzun – 1 kitab” təşəbbüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu R. Əliyev adına 3 nömrəli məktəb bu il keçirilən “Son zəng” tədbirində maraqlı və nümunəvi təşəbbüsü ilə diqqət çəkib. Məktəbin məzunları ənənəvi məzuniyyət sevincini mənəvi dəyərlərlə birləşdirərək “1 məzun – 1 kitab” aksiyasına qoşulublar.

Bu təşəbbüs gənclər arasında mütaliə mədəniyyətinin təşviqi, kitab sevgisinin aşılanması və maariflənmənin dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Şagirdlərin hər birinin kitab hədiyyə etməsi onların biliyə, elmə və mənəvi inkişafına verdikləri önəmin göstəricisidir.

Mütaliə insanın dünyagörüşünü genişləndirən, düşüncə tərzini formalaşdıran və savadlı cəmiyyətin yaranmasına xidmət edən ən vacib amillərdən biridir. Kitab oxumaq həm sağlam düşüncəli gənc nəslin yetişməsinə, həm də vətəninə, xalqına faydalı, əsl Azərbaycan vətəndaşlarının formalaşmasına töhfə verir.

“1 məzun – 1 kitab” layihəsi məktəb həyatından yeni mərhələyə qədəm qoyan məzunlarımızın gələcək nəsillərə qoyduğu dəyərli bir töhfə kimi yadda qalacaq.

Məzunları bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq. Kitab hədiyyələrinə və göstərdikləri nümunəvi təşəbbüsə görə bütün məzunlara dərin təşəkkürümüzü bildiririk.