Bu məlumatlar Putindən gizlədilir – Zelenski Kremlin daxili sirlərini açdı/FOTObackend

Bu məlumatlar Putindən gizlədilir – Zelenski Kremlin daxili sirlərini açdı/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada siyasi vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinə təqdim olunan məlumatlar çox vaxt tam və obyektiv olmur, lakin mövcud sənədlər belə, müəyyən nəticələr çıxarmağa imkan verir:

“Rusiyada hakimiyyətə qarşı narazılıq artmaqda davam edir. Bu tendensiyanın yaxın aylarda da davam edəcəyi gözlənilir”.

Zelenski iddia edib ki, hakim partiyaya dəstək azalır və bu vəziyyət seçki dövrlərində daha çox inzibati müdaxilə və ya saxtalaşdırma ehtimalını artırır:

“Ukraynanın kəşfiyyat məlumatlarına əsasən, regionlarda etiraz meyllərinin gücləndiyi də qeyd olunur”.

Bununla belə, qarşıdakı yay aylarında baş verə biləcək hadisələrin vəziyyəti daha da dəyişə biləcəyi vurğulanır.