Azərbaycanda 4 tona yaxın narkotik vasitə müsadirə edilibbackend

Azərbaycanda 4 tona yaxın narkotik vasitə müsadirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə Azərbaycanda 3758,4 kiloqram narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu rəqəm ötən ilin göstəricisindən 13,3 faiz çoxdur. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2341,1 kiloqramını heroin, 904,5 kiloqramını marixuana, 277,9 kiloqramını tiryək, 65,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 1,3 kiloqramını kokain, 168,2 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.