Bakıda 17 yaşlı oğlan intihar edib.
Editor.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu, 28 May küçəsində baş verib.
Hündürmərtəbəli binada yaşayan 17 yaşlı oğlan anası ilə mübahisə etdikdən sonra 15-ci mərtəbədən özünü ataraq intihar edib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

