Bakının Nəsimi rayonunda 21 yaşlı gənc xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Report xəbər verir ki, 2002-ci il təvəllüdlü Cəbrayılov Nihad Əlimərdan oğlunun idarə etdiyi motosiklet hərəkətdə olarkən avtomobillə toqquşub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

