Rusiya Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin qərargahını dronla vurdubackend

Rusiya Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin qərargahını dronla vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qüvvələri sentyabrın 4-də Kiyevin mərkəzində yerləşən Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) qərargahına pilotsuz uçuş aparatı ilə zərbə endirib.

Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, hücum Ukrayna ilə Rusiya arasında hava müharibəsinin daha da intensivləşdiyi bir vaxtda baş verib.

SBU Ukraynanın əsas təhlükəsizlik və əks-kəşfiyyat qurumlarından biri hesab olunur. Qərargaha hücumun xarakteri və dəymiş ziyanın miqyası ilə bağlı araşdırma aparılır.

//Samir Qurbanov, Editor.az