SON DƏQİQƏ! Bu ölkə Türkiyəyə MEYDAN OXUDUbackend

SON DƏQİQƏ! Bu ölkə Türkiyəyə MEYDAN OXUDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin elan etdiyi milli dəniz parklarını “etibarsız” və “hüquqi qüvvədən məhrum” hesab edən Yunanıstan Ankaraya rəsmi diplomatik etiraz göndərib. Afina dəniz parkları ilə yanaşı, hava məkanı ilə bağlı gərginliyi də Avropa İttifaqı və beynəlxalq tərəfdaşlarının gündəminə daşımağa davam edəcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, bu açıqlama Türkiyənin Yunanıstan hökumətinin elan etdiyi dəniz parklarına etirazından və avqustun 15-də iki milli dəniz parkının yaradılması ilə bağlı prezident qərarlarının dərc olunmasından sonra verilib.

Afina administrasiyası Türkiyənin addımlarına cavab olaraq Ankaraya rəsmi diplomatik etiraz təqdim edib.

Yunanıstanın diplomatik mənbələri bildiriblər ki, Afina Türkiyənin bu məsələ ilə bağlı iddialarını “özbaşına və hüquqi əsasdan məhrum” hesab edərək rədd edir.

Yunan diplomatik mənbələri Türkiyənin mövqeyinin “özbaşına və hər hansı hüquqi əsasdan tamamilə məhrum olduğu üçün” qəti şəkildə rədd edildiyini bildiriblər.

Mənbələr Egey dənizində suverenliyin “müvafiq beynəlxalq müqavilələrin mətnləri ilə açıq və dəqiq şəkildə müəyyən edildiyini” vurğulayıblar.

Afina həmçinin bildirib ki, elan edilən dəniz parkları Yunanıstanın kontinental şelfi daxilində qalan əraziləri əhatə etdiyi müddətdə onları etibarsız hesab edəcək.

Türkiyənin beynəlxalq sularda elan etdiyi dəniz parkları ilə bağlı isə Yunanıstan tərəfindən ayrıca açıqlama verilməyib.

Yunanıstan dəniz parkları ilə bağlı yaranan diplomatik mübahisəni Avropa İttifaqının və beynəlxalq tərəfdaşlarının gündəmində saxlamaqda davam edəcəyini açıqlayıb.

Afina dəniz parkları ilə bağlı fikir ayrılığı ilə yanaşı, Türkiyənin digər addımlarından narazılığını da Aİ-yə çatdırıb.

İrlandiyada çərşənbə günü keçirilən qeyri-rəsmi Aİ xarici işlər nazirləri toplantısında çıxış edən Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritis Türkiyə ilə bağlı iradlarını səsləndirib.

Gerapetritis Türkiyəyə məxsus F-16 qırıcıları və PUA-ların Yunanıstanın hava məkanını pozduğunu iddia edib. O, son dövrlərdə Türkiyə və Yunanıstanın hava vasitələri arasında yaşanan gərginliklərə də diqqət çəkib.

/Müsavat/