Məşhur aktrisa qırmızı xalçada çətin anlar yaşadı — FOTObackend

Məşhur aktrisa qırmızı xalçada çətin anlar yaşadı — FOTO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesiya kinofestivalının açılışında qırmızı xalçadan keçən Nina Dobrev mühafizəçinin gözlənilməz müdaxiləsi qarşısında heyrətə gəlib.

Editor.az xəbər verir ki, məşhur aktrisa poza verdiyi ərazidən uzaqlaşdırılıb.

Belə ki, mühafizəçi Dobrevi poza verdiyi ərazidən uzaqlaşdırmaq istəyəndə aktrisa nə edəcəyini bilməyib. Kadrlarda Dobrevin təəccübü üzündən görünüb.

Başqa bir festival rəsmisi işə qarışdıqdan sonra aktrisa qırmızı xalıdan ayrılıb.

Hadisədən sonra bəzi insanlar mühafizəçinin sadəcə prosedura əməl etdiyini bildirərək festivalın qaydalarını dilə gətiriblər.

Qeyd edək ki, Venesiya kinofestivalında qırmızı xalıda uzun müddət poza verməyə icazə verilmir və fotosessiya üçün xüsusi yerlər təyin edilir.

//Dəniz Pənahova, Editor.az