Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxs var.
Oxu.Az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli faktı təsdiqləyib. O qeyd edib ki, zəncirvari qəza mayın 5-də saat 22:00-da Biləcəri qəsəbəsində, Rəşid İsmayılov küçəsində qeydə alınıb.

Hadisə Yusif Vəliəhməd oğlu Sadıqovun idarə etdiyi “KamAZ” markalı 10-LU-285 dövlət nömrə nişanlı yük avtomobili, “Mercedes” markalı 90-FP-262 dövlət nömrə nişanlı yük avtomobili, “Honda” markalı 77-ML-360 dövlət nömrə nişanlı, “Lexus” markalı 10-KY-922 dövlət nömrə nişanlı və “Prado” markalı 90-CV-944 dövlət nömrə nişanlı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.
Nəticədə “KamAZ” markalı yük avtomobilinin sürücüsü xəsarət alıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır”, – deyə R.Əhmədli bildirib.

