Simonyandan ŞOK BƏYANAT: “Ya Rusiyanın əsarəti altında diz çökməliyik, ya da…”backend

Simonyandan ŞOK BƏYANAT: “Ya Rusiyanın əsarəti altında diz çökməliyik, ya da…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri Alen Simonyan rəsmi İrəvanın siyasətinin Rusiyaya qarşı yönəlmədiyini bəyan edib.

Musavat.com “İnterfaks”a istinadən xəbər verir ki, spiker ölkəsinin öz milli maraqlarını qorumasının vacibliyini vurğulayıb.

“Ermənistanın Rusiyaya göz dikərək öz milli maraqlarını güdməsi fikri yanlışdır. Ermənistan Rusiyaya qarşı hər hansı addım atmır. Ölkəmiz sadəcə öz təhlükəsizliyini təmin edir və müstəqil siyasət yürüdür”, – deyə Simonyan Ermənistanda keçirilən Avropa tədbirlərinin Rusiya ilə münasibətlərə təsirini şərh edərkən bildirib.

Spiker qeyd edib ki, Ermənistan xarici tərəfdaş seçimində asılılıqdan qurtulmağa çalışır:

“Gəlin seçim edək: ya Rusiyanın, ya da Fransanın əsarəti altında, diz çökmüş vəziyyətdə yaşayırıq, ya da kiçik ölkəmizin sahibi olmağa çalışırıq. Biz bir böyük qardaşı digəri ilə dəyişmirik”.

Simonyan həmçinin əlavə edib ki, keçmişdə Rusiya ilə münasibətlərdə Ermənistan faktiki olaraq “diz çökmüş” vəziyyətdə olub və ölkənin bütün siyasi konyukturası Rusiya ilə razılaşdırılıb.