Cavanşir Feyziyev bu qədər vəsaiti haradan əldə edib? – Özü susur – FOTObackend

Cavanşir Feyziyev bu qədər vəsaiti haradan əldə edib? – Özü susur – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Cavanşir Feyziyev İngiltərədəki mülkləri ilə gündəmə gəlib.

Pravda.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli İngiltərə Ali Məhkəməsinin Milli Cinayət Agentliyinin iddiası əsasında deputat Cavanşir Feyziyevin dondurulmuş əmlakları ilə bağlı məhkəmə qərarını əldə etdiyini deyib.

O bildirib ki, qərarda təkcə Londondakı “dondurulan” 22 əmlakdan söhbət getmir, həmçini deputatın cırtdan dövlət sayılan Lixtenşteyndə yerləşən LGT bank hesabındakı vəsait də bloklanıb:

“Söhbət bir neçə milyon İsveçrə frankından gedir. Bank hesabı hər hansı şirkətin və digər şəxsin yox, şəxsən Cavanşir Feyziyevin adınadır. Bizim əjdahalar milyonları “cırtdanlar”a yedirdirlər. Kəmaləddin Heydərov Andorrada, Cavanşir Feyziyev Lixtenşteyndə… Macəralar bitmir”.

C.Həsənli həmçinin deputat Feyziyevin Milli Məclisin deputatı Cavanşir Feyziyevin Londonda aldığı mülklərin siyahısını da açıqlayıb:

1. Ailə evi (Family Home)

Ödəmə tarixi 06.10.2008 / 04.11.2013

Alış qiyməti £2.1 mln + £1.89 mln

 

2 Cavendish House – Mənzil 13

15.02.2013-də alınıb

Alış qiyməti £318 500

 

3 Cavendish House – Mənzil 14

15.02.2013

Alış qiyməti £318,500

 

4. Goldhawk House – Mənzil 51

17.10.2016

£509,950

 

5 Goldhawk House – Mənzil 52

17.10.2016

£374,950

 

6. Goldhawk House – Mənzil 63

17.10.2016

£514,950

 

7. Goldhawk House – Mənzil 65

17.10.2016

£503,452

 

8. Golding House – Mənzil 39

17.05.2017

£492,952

 

9. Golding House – Mənzil 41

01.12.2016

£489,202

 

10. Golding House – Mənzil 42

09.01.2017

£493,952

 

11. Golding House – Mənzil 51

17.05.2017

£498,702

 

12. Golding House – Mənzil 53

13.02.2017

£459,952

 

13. Golding House – Mənzil 54

13.02.2017

£498,702

 

14. Golding House – Mənzil 65

15.02.2017

£503,452

 

15. Golding House – Mənzil 67

28.02.2017

£498,702

 

16. Golding House – Mənzil 68

23.02.2017

£503,452

 

17. Argent House – Mənzil 45

04.10.2018

£531,335

 

18. Argent House – Mənzil 46

04.10.2018

£531,335

 

19. Argent House – Mənzil 55

04.10.2018

£536,038

 

20. Argent House – Mənzil 56

04.10.2018

£536,038

 

21. Whistler Square – Mənzil 30 (8 Whistler Square)

27.01.2020

£18,400,000

 

22. Whistler Square – Mənzil 23 (8 Whistler Square)

20.12.2019

£8,100,000

 

Sonuncu iki mənzil (18,4 və 8,1 milyon dəyərində) Cavanşir Feyziyevin öz adınadır.

 

Mənbə: İngiltərə Ali Məhkəməsi

 

İstinad nömrəsi: [2024] EWHC 501 (Admin)

İş nömrəsi: AC-2023-LON-001768

İngiltərə Ali Məhkəməsinə (İstinad nömrəsi: [2024] EWHC 501 (Admin), İş nömrəsi: AC-2023-LON-001768) cavabdeh tərəf kimi Cavanşir Feyziyevin təqdim etdiyi gəlir məlumatlarına əsasən, o, 1987-ci ildə tərcümə şirkəti yaradıb.

1990-cı illərdə Philip Morris ilə işləyib.

Əsas gəlir mənbələri:

 

1. Planet Co. (1998)

 

Alman tütün şirkətinin eksklüziv distribyutoru olub, 2000–2002 arası: 12 milyon dollar dividend əldə edib.

 

2. Payların satışı distribütorluq hüquqlarını satıb

2002–2016 arası böyük komissiyalar qazanıb.

 

3. Avromed şirkəti əvvəl satış meneceri, sonra direktor olub.

2006-da səhmdar olub.

2010-da deputat seçildiyi üçün vəzifədən ayrılıb İddiasına görə: 2006–2016 arası 49 milyon dollar dividend əldə edib.

4. Turizm biznesi (Tour Invest)

əlavə olaraq: 7.5 milyon dollar gəlir

5. Daşınmaz əmlak investisiyaları (Azərbaycanda)

20 milyon dollardan çox kapital qazancı,

əlavə 3 milyon dollar gəlir.

Pravda.az yayılan məlumatlarla bağlı mövqe öyrənmək üçün deputat Cavanşir Feyziyevlə bir neçə dəfə əlaqə yaratmağa çalışsa da, o, zənglərə cavab verməyib.