Bakıda daha bir qəza: piyada vurulubbackend

Bakıda daha bir qəza: piyada vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nizami rayonunda orta yaşlı kişi avtoqəza zamanı xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi metronun “Koroğlu” stansiyasının qarşısında baş verib.

1982-ci il təvəllüdlü Məmmədov Mehrab Polad oğlu Heydər Əliyev prospektində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçib. Həmin vaxt onu avtomobil vurub. Yaralı döş qəfəsinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsi araşdırır.

//Milli.az