Belçika “Şahed”lərə qarşı raket istehsalını ikiqat artırır: Bu, Ukrayna üçün nə deməkdir?backend

Belçika “Şahed”lərə qarşı raket istehsalını ikiqat artırır: Bu, Ukrayna üçün nə deməkdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikanın müdafiə sənayesi şirkəti Thales Belgium Yaxın Şərqdə artan gərginlik və yüksələn tələbat fonunda idarəolunan raketlərin istehsal gücünü iki dəfədən çox artırıb.

Məlumata görə, şirkət 2028-ci ilə qədər ildə 20 min idarəolunan raket istehsal etməyi planlaşdırır. Bu isə orta hesabla gündə təxminən 100 raket deməkdir.
Ekspertlərin fikrincə, istehsalın genişləndirilməsi Ukrayna üçün mühüm əhəmiyyət daşıyır.

Belə ki, bu tip raketlər Rusiyanın kütləvi şəkildə istifadə etdiyi kamikadze dronlara, o cümlədən Shahed-136 tipli pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə sistemlərinin effektivliyini artırmağa kömək edə bilər.
Müdafiə sənayesində istehsal həcmlərinin artması Ukraynanın hava məkanının qorunması üçün daha çox sursat əldə etməsinə imkan yarada və Rusiyanın dron hücumlarına qarşı mübarizəni gücləndirə bilər.

//Samir Qurbanov, Editor.az