Hazırda Ukraynadakı müharibə, Yaxın Şərqdəki gərginlik və Asiyadakı təhlükəsizlik böhranları bir-biri ilə birbaşa əlaqəli görünmür.
Lakin Financial Times qəzetinin icmalçısı Gideon Raxmanın fikrincə, bu münaqişələrin zamanla qlobal qarşıdurmaya çevrilməsi ehtimalını istisna etmək olmaz.
Müəllif hesab edir ki, müxtəlif regionlarda paralel şəkildə davam edən geosiyasi qarşıdurmaların dərinləşməsi böyük dövlətləri eyni münaqişə zəncirinə cəlb edə bilər. Onun fikrincə, bu proses davam edərsə, dünya yeni və daha genişmiqyaslı müharibə riski ilə üz-üzə qala bilər.
//Samir Qurbanov, Editor.az

