Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə İstanbul danışıqlarında əldə olunan razılaşmaları imzalamamaq göstərişini Böyük Britaniyanın Baş naziri verib.
Peskov jurnalistlərə açıqlamasında iddia edib ki, məhz Britaniya hökumətinin rəhbərinin göstərişi ilə Zelenski İstanbul razılaşmalarını imzalamayıb.
Qeyd edək ki, bu açıqlama Rusiya tərəfinin mövqeyini əks etdirir və iddia müstəqil şəkildə təsdiqlənməyib. Ukrayna və Böyük Britaniya tərəfi bu bəyanatla bağlı hələlik rəsmi münasibət bildirməyib.
//Samir Qurbanov, Editor.az

