Onun sərvəti dodaq uçuqlatdıbackend

Onun sərvəti dodaq UÇUQLATDI 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə, Yahşihanda, AKP-nin idarə etdiyi bələdiyyənin keçmiş şəhərsalma şöbəsinin müdiri Ulaş Biçerin aktivləri bələdiyyənin 2026-cı il büdcəsindən 4,5 dəfə çoxdur. Həmin şəxsin mülkiyyətində üç dəbdəbəli avtomobil, bir villa və lüks yaxta var.

Editor.az-ın xəbərinə görə, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.

Belə ki, Kırıkkalenin 39 min nəfər əhalisi olan Yahşihan rayonunda AKP-nin idarə etdiyi bələdiyyə ilə bağlı korrupsiya araşdırması davam edir. İstintaq zamanı keçmiş şəhərsalma şöbəsinin müdiri Ulaş Biçerin sahib olduğu aktivlərin həcmi heyrətamiz dərəcədə böyük olub. Bələdiyyənin bu ilki büdcəsi 120 milyon lirə səviyyəsində müəyyən edilmişdi.

Bu məbləğ bələdiyyə büdcəsinin həcmindən 4,5 dəfə çoxdur. Həbs edilən və əmlakına həbs qoyulan şəhərsalma şöbəsinin müdiri Biçerin aktivlərinin ümumi dəyərinin 541 milyon lirə (təxminən 18 milyon 760 min AZN) olduğu müəyyən edilib; bu aktivlərə “Porsche” və iki “Mercedes” markalı avtomobil, Bodrumda villa və Bodrum marinasında yaxta daxildir.

//Dəniz Pənahova, Editor.az