ABŞ və İran arasında vasitəçilərin iştirakı ilə yeni danışıqlar keçirilə bilər
ABŞ və İran arasında davam edən münaqişənin dayandırılması istiqamətində diplomatik səylər davam edir. Qətər vasitəçilərinin bazar ertəsi və ya çərşənbə axşamı Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ tərəfi ilə ayrı-ayrılıqda görüşlər keçirməsi gözlənilir.
Editor.əz Reuters-in məlumatına görə, danışıqların əsas mövzusu İranın ötən həftə BMT Baş Assambleyası çərçivəsində təqdim etdiyi yeddi günlük təklifin dəyişdirilmiş variantı olacaq. İran tərəfi təklifi Qətər vasitəsilə ABŞ-a çatdırıb.
Araqçi BMT Baş Assambleyasından sonra Nyu-Yorkda qalmaqda davam edir. İranın ISNA agentliyi nazirin vasitəçilərlə görüşəcəyini təsdiqləyib. Görüşlərdə mövcud vəziyyət və tərəflərin son təkliflərinin müzakirə olunacağı bildirilir.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın təklif etdiyi sülh planını qəbul etmədiyini bildirsə də, bu həftə danışıqların davam etdiriləcəyini gözlədiyini açıqlayıb.
//Samir Qurbanov, Editor.az

