Kreml: “Ukrayna Rusiyaya hücumlarının nəticəsini ödəyir”backend

Kreml: “Ukrayna Rusiyaya hücumlarının nəticəsini ödəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüləri Ukraynanın son aylarda Rusiyaya qarşı həyata keçirdiyi hücumların cavabsız qalmadığını bildiriblər.

Rusiya hakimiyyətinin açıqlamasında Ukraynanın Rusiya ərazisinə və digər hədəflərə zərbələrinin Moskvanın cavab tədbirlərinə səbəb olduğu vurğulanıb.

Kreml Ukraynanın hücumlarını təhlükəsizlik baxımından təhdid kimi təqdim edir. Kiyev isə öz növbəsində Rusiyanın Ukrayna ərazisinə davam edən hücumlarını və hərbi əməliyyatlarını əsas gətirərək özünü müdafiə etmək hüququnun olduğunu bildirir.

Tərəflərin qarşılıqlı hücumları fonunda Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həlli istiqamətində vəziyyət mürəkkəb olaraq qalır.

//Samir Qurbanov, Editor.az