Avropa İttifaqına üzv ölkələr Ukraynalı uşaqların Rusiyaya deportasiya edilməsi ilə əlaqəli hesab edilən şəxslər və qurumlara qarşı yeni sanksiyalar qəbul edib.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, siyahıya 10 fiziki şəxs və 17 qurum daxil edilib. Aİ bu şəxslərin və təşkilatların Ukraynadan uşaqların Rusiyaya aparılması prosesində iştirak etdiyini bildirir.
Sanksiyalar Avropa İttifaqının Rusiyanın Ukraynaya qarşı müharibəsi çərçivəsində tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin növbəti mərhələsidir.
Moskva isə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qanunsuz hesab etdiyini bildirir.
//Samir Qurbanov, Editor.az

