İran parlamenti TƏCİLİ TOPLANIR: Nüvə silahı ilə bağlı KRİTİK QƏRARbackend

  İran parlamenti TƏCİLİ TOPLANIR: Nüvə silahı ilə bağlı KRİTİK QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamenti Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilədən (NPT) çıxmaq barədə təklifə baxacaq.

Bu barədə İran parlamentinin vitse-spikeri Əli Nikzad bildirib.

“Fars” agentliyinin məlumatına görə, Ə.Nikzad deyib:

“NPT-dən çıxış barədə qanun layihəsinə fövqəladə təcili qaydada baxılır. Layihə parlamentə daxil olan kimi elə həmin gün müzakirəyə çıxarılacaq”.

Əli Nikzadın sözlərinə görə, parlament bu addımın beynəlxalq nəticələrini də araşdıracaq. O əlavə edib ki, iranlı qanunvericilər Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) və onun baş direktoru Rafael Qrossiyə etibar etmirlər. Nikzad BAEA rəhbərini İranın nüvə obyektlərinə yalnız səthi səfərlər etməkdə və mənfi hesabatlar dərc etməkdə ittiham edib.

Xatırladaq ki, bir qədər əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı Tehranın nüvə silahı yaratmaq ərəfəsində olması barədə iddiaları əsassız adlandırıb. O vurğulayıb ki, İran 1970-ci ildən NPT-nin iştirakçısıdır və nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bəyan edir.

Musavat.com