Çində nadir tapıntı: Milyon illər əvvəlki dinozavr yumurtaları aşkar edilibbackend

Çində nadir tapıntı: Milyon illər əvvəlki dinozavr yumurtaları aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Quançjou şəhərinin Hayju rayonunda aparılan araşdırmalar zamanı nadir rast gəlinən, tam qorunmuş vəziyyətdə olan dinozavr yumurtaları aşkar edilib.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Məlumata görə, tapıntı son illərdə şəhər ərazisində qeydə alınan ən mühüm paleontoloji kəşflərdən biri hesab olunur. Milyonlarla il ərzində bölgədə baş verən urbanizasiya proseslərinə baxmayaraq, yumurtalar bu günədək zədələnmədən qorunub saxlanılıb.

Yuva 23 iyun tarixində yerli sakin tərəfindən aşkarlanıb və bu barədə dərhal aidiyyəti qurumlara məlumat verilib. Hadisə yerinə cəlb olunan mütəxəssislər fosillərin həqiqətən dinozavr yumurtaları olduğunu, onların tam şəkildə qorunduğunu və morfoloji xüsusiyyətlərinin aydın seçildiyini təsdiqləyiblər.

Alimlərin bildirdiyinə görə, təxminən 70–66 milyon il əvvəl, Gec Təbaşir dövründə Quançjou və İnci çayı deltası rütubətli çay-göl çöküntüləri ilə xarakterizə olunan əlverişli təbii mühitə malik olub. Bu şərait dinozavrların məskunlaşması və fosillərin günümüzədək qorunması üçün münasib hesab edilir.

Tədqiqatçılar vurğulayırlar ki, belə bir dinozavr yuvasının iri şəhərin mərkəzi hissəsində aşkarlanması olduqca nadir hadisədir.

Hazırda mütəxəssislər tapıntının dəqiq yaşını və hansı dinozavr növünə aid olduğunu müəyyənləşdirmək məqsədilə 3D skan texnologiyası və geoloji analizlərdən istifadə etməyi planlaşdırırlar.

//Gülnarə Abasova, Editor.az