Neymar Braziliyanın DÇ-2026-dan kənar qalmasından sonra göz yaşlarını saxlaya bilmədibackend

Neymar Braziliyanın DÇ-2026-dan kənar qalmasından sonra göz yaşlarını saxlaya bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya millisinin ulduz hücumçusu Neymar 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində komandasının məğlubiyyətindən sonra emosiyalarına hakim ola bilməyərək göz yaşlarına boğulub.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Braziliya və Norveç yığmaları arasında keçirilən qarşılaşma Norveçin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın qəhrəmanı Erlinq Holand olub. O, 79 və 90-cı dəqiqələrdə fərqlənərək komandasını növbəti mərhələyə daşıyıb.

Zədədən sonra bərpa prosesini başa vuran Neymar mundialın ilk iki oyununu buraxmışdı. Təcrübəli futbolçu bu görüşdə 67-ci dəqiqədə meydana daxil olub və 90+10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi minimuma endirib. Lakin onun qolu Braziliyanı məğlubiyyətdən xilas etməyə kifayət etməyib.

Final fitindən sonra Neymar meydanın ot örtüyünə əyləşərək göz yaşlarını saxlaya bilməyib. Komanda yoldaşları isə onu təsəlli verməyə çalışıblar.

Bununla yanaşı, 34 yaş 149 günlüyündə qol vuran Neymar Braziliya millisinin dünya çempionatları tarixində ən yaşlı qol müəllifi kimi yeni milli rekorda imza atıb və bu göstəricidə Bebetonu geridə qoyub.

Braziliya millisi isə arzuolunmaz statistik göstərici ilə də yadda qalıb. Komanda topa cəmi 34 faiz sahib olub ki, bu da statistik qeydlərin aparıldığı 1966-cı ildən bəri “sambaçılar”ın dünya çempionatlarında ən aşağı topa sahibolma faizi hesab olunur.

//Gülnarə Abasova, Editor.az