“Rusiya ac qalar, amma məğlubiyyəti qəbul etməz” – Politoloqdan maraqlı analizbackend

“Rusiya ac qalar, amma məğlubiyyəti qəbul etməz” – Politoloqdan maraqlı analiz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsində həm cəbhə xəttində, həm də informasiya məkanında qarşılıqlı mesajlar və psixoloji təsir elementləri getdikcə daha qabarıq şəkildə özünü göstərir. Son günlər Konstantinovka istiqamətində baş verən hadisələr və Qara dənizlə bağlı səsləndirilən bəyanatlar tərəflərin hərbi reallıqlarla yanaşı siyasi və informasiya üstünlüyü uğrunda da mübarizə apardıqlarını nümayiş etdirir. Mövcud vəziyyət fonunda Rusiyanın həqiqətən məğlub olub-olmaması, eləcə də Zelenskinin açıqlamalarının nə dərəcədə real vəziyyəti əks etdirməsi müxtəlif yanaşmalar doğurur.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, tərəflər psixoloji müharibə üsullarından geniş şəkildə istifadə edirlər:

“Ukrayna bəyan edir ki, Konstantinovka işğal edilməyib. Rusiya isə şəhərin işğal olunduğunu iddia edir. Qara və Azov dənizlərində isə Ukrayna həqiqətən də hava məkanında müəyyən üstünlüyə malikdir. Lakin bu, həmin ərazilər üzərində tam nəzarət demək deyil. Zelenskinin hazırda Rusiyada baş verən proseslər fonunda səsləndirdiyi bəyanatlar, eləcə də Putinə Konstantinovka ilə bağlı ünvanladığı mesaj müəyyən mənada ironiya xarakteri daşıyır. Ancaq bu, reallıq elementləri olan ironiyadır.

Rusiyanın məğlubiyyəti anlayışı hələlik nisbi məsələdir. Məsələ ondadır ki, Rusiyanın sakit şəkildə məğlubiyyətini qəbul edəcəyini düşünmək sadəlövhlük olardı. Rusiya hər halda son sözün özündə qalacağına inanır. Putinin xarakterini nəzərə alsaq, onun məğlubiyyəti qəbul etməsindən danışmaq çətindir. Rusiyada enerji və iqtisadi böhran elə bir həddə çatmalıdır ki, müharibəni davam etdirmək de-fakto mümkün olmasın. Amma hesab edirəm ki, Putin hakimiyyətində olan Rusiya ac qalar, amma məğlubiyyəti qəbul etməz”.

 

//Gülnarə Abasova, Editor.az