ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Editor.az xəbər verir ki, İsrail Baş Nazirliyinin yaydığı məlumata görə, Netanyahu ABŞ-ın 250-ci Müstəqillik Günü münasibətilə Trampı təbrik edib. O, həmçinin ABŞ-ın qlobal azadlığın təminatçısı olduğunu vurğulayaraq, Vaşinqton ilə Təl-Əviv arasında mövcud olan sıx strateji tərəfdaşlığın İsrail üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Telefon danışığı zamanı tərəflər Yaxın Şərqdəki son vəziyyət, regional təhlükəsizlik məsələləri və iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Bildirilib ki, Donald Tramp və Benyamin Netanyahu yaxın vaxtlarda ABŞ-da üzbəüz görüş keçirmək barədə razılığa gəliblər. Görüşün dəqiq tarixi hələ açıqlanmasa da, liderlərin gündəmində regional təhlükəsizlik, İran məsələsi və ikitərəfli münasibətlərin inkişafı kimi mühüm mövzuların yer alacağı gözlənilir.
Rəsmi mənbələr görüşün tarixi və proqramı ilə bağlı əlavə məlumatın yaxın günlərdə ictimaiyyətə təqdim olunacağını bildiriblər.
//Gülnarə Abasova, Editor.az

