Saxta vədlərə aldanmayın: Xaricdə təhsil seçərkən düzgün ünvanı seçinbackend

Saxta vədlərə aldanmayın: Xaricdə təhsil seçərkən düzgün ünvanı seçin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmtahanda kəsildiniz? Arzuladığınız ixtisasa qəbul ola bilmədiniz? Bu, heç də arzularınızın bitdiyi anlamına gəlmir. Əksinə, bəzən uğura aparan ən doğru yol alternativ seçimdən keçir. Xaricdə təhsil bu gün minlərlə azərbaycanlı gəncin gələcəyini qurduğu real və etibarlı fürsətlərdən biridir.

Lakin bu yolda diqqətli olmaq vacibdir. Son günlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi də xəbərdarlıq edib ki, bəzi vasitəçilər mövcud olmayan universitetlərə qəbul, bir neçə gün ərzində magistratura və doktorantura sənədləri, eləcə də “onlayn” və “hibrid” təhsil adı altında vətəndaşları aldadırlar. Belə qəbullar hüquqi qüvvəyə malik deyil və bu əsasla hərbi xidmətdən möhlət hüququ da yaranmır.

Məhz buna görə xaricdə təhsil seçərkən əsas meyar ucuz və ya sürətli vədlər deyil, universitetin rəsmi tanınması və qəbul prosesinin qanuni olmasıdır.
EduTime Təhsil və İnkişaf Mərkəzi tələbələrə yalnız rəsmi tanınan universitetlərə qəbul imkanları təqdim edir. Türkiyə, Qazaxıstan, Özbəkistan və Çin universitetlərinə qəbul prosesində peşəkar məsləhət, sənədləşmə və tam müşayiət xidməti göstərir.

Bir imtahan nəticəsi taleyinizi müəyyən etmir. Gələcəyinizi saxta vədlərlə deyil, düzgün seçimlə qurun. EduTime Təhsil və İnkişaf Mərkəzi ilə arzularınıza doğru inamla addımlayın.

ƏLAQƏ: 055 559 67 17