Bu müharibəyə son qoymaq üçün real perspektiv var və ABŞ-ın qətiyyəti həlledici olacaq.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığı barədə danışarkən deyib.
“Biz Ankarada keçiriləcək NATO sammiti zamanı söhbəti şəxsən davam etdirmək barədə razılığa gəldik”, – Zelenski vurğulayıb.
Qeyd edək ki, Ukrayna müttəfiqlərini 7-8 iyul tarixlərində Ankarada keçiriləcək sammitin yekun bəyannaməsində Avro-Atlantik təhlükəsizlik sistemindəki yeni rolunu təsbit etməyə çağırıb./KONKRET.az

