Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Qara dənizdə məğlub olduğunu bəyan edib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Qara və Azov dənizi akvatoriyası artıq Rusiya üçün təhlükəsiz zona olmayacaq.
“Ukrayna Hərbi Dəniz Qüvvələri ordunun digər bölmələri ilə birlikdə çoxlarının mümkünsüz hesab etdiyi nəticəyə nail olub. Rusiya Qara dənizdə uduzub. İlan adasının azad edilməsindən başlayaraq, Rusiya donanmasına, limanlarına və işğal altındakı Krımda yerləşən hərbi obyektlərə qarşı həyata keçirdiyimiz əməliyyatlarla sübut etdik ki, Qara və Azov dənizi akvatoriyası artıq Rusiya üçün rahat və təhlükəsiz məkan olmayacaq”, – deyə Zelenski vurğulayıb.
Ukrayna Hərbi Dəniz Qüvvələri Günü ərəfəsində çıxış edən Zelenski ölkənin dənizçilərinə minnətdarlığını bildirib, bir sıra hərbi hissələrə döyüş bayraqları, eləcə də “Şücaət və igidliyə görə” ordenlərini təqdim edib.

