Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə keçirilən parlament seçkilərindən sonra ilk işgüzar səfərini Rusiyaya edib.
Editor.az xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Rusiyanın Yekaterinburq şəhərində keçirilən “İNNOPROM-2026” beynəlxalq sənaye sərgisi çərçivəsində təşkil olunan “Sənaye 360” iclasında iştirak edəcək.
Səfər proqramına əsasən, Ermənistanın baş naziri Rusiyanın Baş naziri Mixail Mişustin ilə də görüş keçirəcək. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və ikitərəfli münasibətlərin gündəmdə olan məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də başa çatıb. Rəsmi nəticələrə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 49,7 faiz səslə qalib gələrək hökuməti təkbaşına formalaşdırmaq hüququ əldə edib.
//Gülnarə Abasova, Editor.az

